Son Xəbər: Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır,

BMT Baş Assambleyasının prezidenti Azərbaycana təşəkkür edib

BMT Baş Assambleyasının prezidenti Azərbaycana təşəkkür edib

Tarix: 13-09-2023, 10:30

BMT Baş Assambleyasının hazırkı, 78-ci sessiyasının prezidenti Trinidad və Tobaqonun sabiq Baş naziri və beynəlxalq təşkilatın yanında daimi nümayəndəsi Dennis Frensis Qoşulmama Hərəkatına (QH) üç il müddətində sədrliyi dövründəki səmərəli fəaliyyətlərinə görə Azərbaycana təşəkkür edib.

"Report"un ABŞ bürosu xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı qərargah binasında Azərbaycanın ev sahibliyi ilə baş tutan Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun səfirlər səviyyəsində görüşündə çıxış edən D.Frensis Azərbaycanın QH-na üç illik sədirliyi dövründə aktiv və dolğun fəaliyyətlərindən, reallaşdırdığı genişmiqyaslı layihələrdən bəhs edib, üzv dövlətlərə verdiyi tövhələrini dilə gətirib.

O, QH-nın 60 illik fəaliyyəti müddətində sülh və təhlükəsizlik, davamlı inkişaf və insan hüquqları sahələrində BMT-nin işinə verdiyi töhfələrdən danışıb, dünyanı narahat edən müxtəlif problemli məsələlərin həllində QH-nın önəmini vurğulayıb: "Bizi narahat edən müxtəlif məsələlərin həlli yollarını axtararkən, mən sizi və Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun dəstəyinə arxalanmağa davam etməyə çağıracağam. Geosiyasi vəziyyətin çoxtərəfliliyə inamın əngəllədiyini, münaqişələrin və qeyri-sabitliyin çox olması dayanıqlı inkişaf məqsədlərinə nail olunmanın xeyli geridə qalmasına və pandemiyanın və iqlim dəyişikliyinin təsirləri bir çox cəmiyyətləri sıxışdırmaqda davam edir.

BMT Baş Assambleyasının 78-ci Sessiyasında bütün bunlar hamımızı narahat edən məsələlər olmalıdır. Baş Assambleyanın bu 78-ci Sessiyasında mən xüsusi olaraq Qoşulmama Hərəkatına güvənəcəyəm və Sülh, Rifah, Tərəqqi və Davamlılıq kimi dörd şüarıma xüsusi diqqət yetirəcəyəm".

D.Frensis Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevlə görüşüb və ona beynəlxalq təşkilata verdiyi töhfələrə görə xüsusi təşəkkür edib.
BMT Baş Assambleyasının prezidenti Azərbaycana təşəkkür edib





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR