Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Çindən ölkələrə vacib çağırış: “Pandemiyanın qarşısını almaq üçün...”

Çindən ölkələrə vacib çağırış: “Pandemiyanın qarşısını almaq üçün...”

Tarix: 3-04-2020, 15:20

“Çin koronavirus epidemiyası ilə mübarizə təcrübəsini digər ölkələrlə bölüşməyə hazırdır, lakin bundan heç vaxt öz geosiyasi təsirini gücləndirmək üçün vasitə kimi istifadə etməyəcək”.

Mediabiz.az  xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xua Çunin keçirdiyi brifinqdə bildirib.
“Bildiyiniz kimi, COVID-19 pandemiyası tez bir zamanda reaksiya tələb edən gözlənilməz bir böhrandır. Hazırda bütün dünyada insanların sağlamlığının və həyatının təhlükəsizliyini təmin etməyə diqqət etməliyik. Çinin epidemiya ilə mübarizə sahəsində təsirli tədbirləri və təcrübəsinə gəlincə, biz onlardan heç vaxt geosiyasi təsir aləti kimi istifadə etməyəcəyik”, - diplomat bildirib.
Çunin həmçinin qeyd edib: “Digər ölkələr Çinin təcrübəsindən və ya təklifindən istifadə edə bilərsə, buna görə məmnun olarıq, bu da böyük bir ölkə olaraq bizim məsuliyyətimizdir”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR