Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Hindistan kanadalı diplomatı ölkədən qovdu

Hindistan kanadalı diplomatı ölkədən qovdu

Tarix: 19-09-2023, 11:04

Hindistan Xarici İşlər Nazirliyi yüksək rütbəli diplomatının Şimali Amerika ölkəsindən qovulmasından sonra Kanada səfiri Cameron MacKay-ı çağırıb və ona Yeni Dehlinin oxşar qərarı barədə məlumat verib. 

Bu barədə Hindistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Kanadanın Hindistandakı səfiri bu gün çağırılıb və o, yüksək səviyyəli səfirlik diplomatının ölkədən çıxarılması qərarı barədə məlumatlandırılıb. Diplomatdan yaxın 5 gün ərzində Hindistanı tərk etməsi tələb olunub", - XİN qeyd edib. 

Bazar ertəsi Kanada səlahiyyətliləri Hindistan kəşfiyyat orqanlarının icma liderinin qətlində əli olması ilə bağlı iddialara görə Hindistan diplomatını ölkədən çıxarmaq qərarına gəlib. Kanada Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, bu şəxs Hindistan kəşfiyyatının Şimali Amerika ölkəsindəki nümayəndəsidir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR