Son Xəbər: Ceyhun Bayramov NATO rəsmisi ilə enerji təhlükəsizliyi və regional prosesləri müzakirə edib, İran XİN: Hörmüz boğazından keçid minalara görə məhdudlaşdırıla bilər, İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edilib, İshaq Dar: Şahbaz Şərif Antalyada Ərdoğanla səmərəli danışıqlar aparıb, Başlıbel qətliamından 33 il ötür, Yol polisi əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət edib, Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi müəyyənləşir, Qalibaf Trampı 7 yalan danışmaqda ittiham etdi, Mambetaliyev: Azərbaycan VI Ümumdünya Köçəri Oyunlarında iştirak edəcək, Buraxılış imtahanında üç nəfər maksimum nəticə əldə edib,

Antiterror tədbirləri Kolumbiya mətbuatında

Antiterror tədbirləri Kolumbiya mətbuatında

Tarix: 23-09-2023, 10:20

Bütün Amerika qitəsi üzrə fəaliyyət göstərən Kolumbiyanın aparıcı xəbər telekanalı “NTN24”də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbiləri və onun nəticələrinə dair geniş süjet yayımlanıb.

Bu barədə Modern.az-a Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.

Süjetdə telekanalın jurnalisti tərəfindən məsələ ilə əlaqədar ölkəmizin Kolumbiyadakı səfiri Məmməd Talıbova ünvanlanmış suallara ətraflı cavablar da əksini tapıb.

Qeyd olunub ki, Ermənistan tərəfinin bitməyən təxribatları, törətdiyi terror əməlləri və 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə riayət etməməsi lokal xarakterli antiterror tədbirlərini qaçınılmaz edib. Erməni silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən həyata keçirilmiş sonuncu terror aktı zamanı 2 nəfər mülki şəxs olmaqla, 7 polis əməkdaşı həyatını itirib. Nəticədə Qarabağda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Süjetdə Azərbaycanın 24 saatlıq antiterror tədbirlərinin sonunda qarşısına qoyduğu məqsədlərə tam şəkildə nail olduğu, tədbirlərin nəticəsi olaraq Xankəndində məskunlamış separatçı rejimin təslim olduğu və onların hərbi arsenalının dağıdılaraq məhv edildiyi bildirilir. Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi ilə əldə olunmuş razılığa əsasən, Ermənistanın Qarabağda məskunlaşan silahlı birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır, həmçinin bütün silah-sursat və ağır texnika təhvil verilir.

Eyni zamanda, sentyabrın 21-də Azərbaycan mərkəzi hökumətinin təmsilçiləri ilə Qarabağ icmasının nümayəndələri arasında Yevlax şəhərində keçirilən görüşün əhəmiyyətinə diqqət çəkilir, uzun illər kriminal xunta rejiminin əsirinə çevrilmiş bölgənin erməni sakinlərinin artıq azadlıq əldə etdikləri, onların bütün hüquqlarının təmin ediləcəyi və Azərbaycan cəmiyyətinə sosial-iqtisadi reinteqrasiya planının hazır olduğu vurğulanır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR