Son Xəbər: Büdcə müzakirələr başladı - Əli Əsədov parlamentə GƏLDİ, Gürcüstanın yeni hökumətində üç nazir dəyişəcək, “Brent” neftin qiyməti UCUZLAŞDI, Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib, KİV: İsrail Livanda atəşkəs sazişini ilkin olaraq təsdiqləyib, Bu gün Kəlbəcər Şəhəri Günüdür, Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı,

Prezident İlham Əliyevin üçüncü dəfə ölkə rəhbəri seçilməsindən 10 il ötür

Prezident İlham Əliyevin üçüncü dəfə ölkə rəhbəri seçilməsindən 10 il ötür

Tarix: 9-10-2023, 15:00

Prezident İlham Əliyevin üçüncü dəfə ölkə rəhbəri seçilməsindən 10 il ötür
Azərbaycanda keçirilən VII prezident seçkisindən 10 il ötür.
2013-cü il oktyabr ayının 9-da ölkədə Azərbaycan Respublikası prezidenti postuna VII rəsmi ümummilli seçki keçirilib.

10 nəfər namizədin iştirak etdiyi seçkidə seçici fəallığı 72,31% olub.

Prezident seçkisinin nəticələrinə uyğun olaraq, 83,89% səslə İlham Əliyev qalib gələrək, üçüncü dəfə ölkə rəhbəri olub.

Qeyd edək ki, Prezident İlham Əliyev 1961-ci ildə Bakı şəhərində anadan olub. O, ali təhsilini Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBƏİ) alıb. 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti olan İlham Əliyev 1995 və 2000-ci illərdə baş tutan Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə qələbə qazanıb və deputat seçilib. 2003-cü ilin avqust ayında Azərbaycan Respublikasının Baş naziri təyin olunan İlham Əliyev 2003 və 2008-ci illərdə baş tutan Azərbaycan Respublikası Prezidenti seçkilərində qələbə qazanıb.
Dövlət başçısı 2005-ci ildən Yeni Azərbaycan Partiyasının sədridir.

Xatırladaq ki, Azərbaycan Konstitusiyasına əsasən, ölkədə prezident seçkiləri beş ildən bir keçirilirdi. Ona görə də 2018-ci ildə Azərbaycan ərazisində növbəti prezident seçkisi baş tutmalı idi. Prezident seçkisi, Qanuna əsasən, oktyabr ayının ikinci çərşənbə gününə, yəni oktyabrın 10-na təyin edilməli idi.

Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2018-ci il tarixli Sərəncamına görə isə 2018-ci il aprelin 11-də növbədənkənar prezident seçkisi elan edildi. Bununla da Azərbaycan tarixində birinci dəfə növbədənkənar prezident seçkisi təyin edildi və keçirildi.

Onu da xatırladaq ki, Azərbaycanda 2016-cı ildə keçirilən Ümumxalq səsverməsinin (referendum) nəticələrinə əsasən, dövlət başçısının səlahiyyət müddəti beş ildən yeddi ilədək uzadılıb. Buna görə də Azərbaycanda növbəti prezident seçkisinin vaxtı, qanuna əsasən, 2025-ci ilə təsadüf edəcək.  





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR