Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Prezident təqaüdü alanlar arasında onlar da var - Foto

Prezident təqaüdü alanlar arasında onlar da var - Foto

Tarix: 18-10-2023, 16:20

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2023-2024-cü tədris ilində Azərbaycanda ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, bu tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və ali məktəblərə daxil olmuş 102 tələbə 275 AZN məbləğində təqaüd alacaq.

“Qafqazinfo”nun məlumatına görə, həmin siyahıda tam orta təhsil (11 illik) səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanında yüksək nəticə göstərmiş Arif Nəriman oğlu Hacıyev və Ləman Sənan qızı Quliyeva da var.

Arif Hacıyev martın 5-də keçirilmiş buraxılış imtahanında yüksək nəticə göstərib. Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində təhsil alan abituriyent 296.7 bal toplayıb. A. Hacıyev iki il əvvəl də 9-cu sinif buraxılış imtahanında 282.6 bal toplamaqla yüksək nəticə göstərmişdi.

Ləman Quliyeva isə Sabunçu rayon 169 nömrəli orta məktəbin məzunudur. I və IV ixtisas qrupları üzrə 22-23 iyul tarixlərində keçirilən qəbul imtahanında I ixtisas qrupu ən yüksək nəticəni o əldə edib. L. Quliyeva imtahanın ikinci mərhələsində 395.5 bal, birinci mərhələsində isə 297.5 bal toplayıb. Beləliklə, I ixtisas qrupu üzrə ən yüksək nəticə - 693 bal toplayıb.

Ləman Quliyeva ADA universitetində riyaziyyat ixtisası üzrə təhsil alır.

Qeyd edək ki, bir neçə ay əvvəl ADA universitetinin rektoru Hafiz Paşayev L. Quliyevanı qəbul edərək təbrik etmişdi. Tələbə DİM imtahanında 650-dən yuxarı bal topladığına görə təhsil müddətində təhsilhaqqından tamamilə azad edilmişdi.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR