Son Xəbər: Sabah Azərbaycanda 20 dərəcə isti olacaq, İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib, Nazir: Azərbaycan İtaliyada uzunmüddətli investor kimi mövqeyini möhkəmləndirib, İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək, Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb, Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib, Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb, Ukrayna PUA-larla Tatarıstanda neft anbarlarına hücum edib, Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb, Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək,

Xocalı və Tərtərə təyin olunan komendantların adları məlum oldu - YENİLƏNİB

Xocalı və Tərtərə təyin olunan komendantların adları məlum oldu - YENİLƏNİB

Tarix: 27-10-2023, 18:40


Xocalı və Tərtərin komendantlarının adı məlum olub.

İmzalanan müvafiq əmrlərə əsasən, polkovnik Zaur Nəbiyev Xocalı, polkovnik Elçin Qasımov isə Tərtər rayonuna komendant təyin edilib.

Onlar müvafiq olaraq rayon polis rəisləridir.

Qeyd edək ki, Qarabağ bölgəsində aparılan lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçən şəhər, rayon, qəsəbələr üzrə komendantlar təyin edilib.

Xankəndi şəhərinin komendantı isə polis general-mayoru Sərdar Səfərovdur.
 

*** 18:05

Daxili İşlər Nazirliyinin Xankəndi şəhər polis şöbəsi yaradılıb. 

Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Kollegiya iclasında bildirib. 

Onun sözlərinə görə, Xocalı, Tərtər və Xankəndiyə müvəqqəti komendantlar təyin edilib.  V.Eyvazov işğaldan azad edilmiş həmin ərazilərdə təhlükəsizliyin və asayişin təmin edilməsi üçün bütün zəruri tədbirlər görüldüyünü, hər bir evin, hər bir binanın və infrastruktur obyektlərinin mühafizəyə götürüldüyünü, qanunsuz silahlı birləşmələrin atıb getdikləri mövqelərdən çoxsaylı silah-sursatın və hərbi texnikanın aşkarlandığını qeyd edib. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR