Son Xəbər: Sabah Azərbaycanda 20 dərəcə isti olacaq, İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib, Nazir: Azərbaycan İtaliyada uzunmüddətli investor kimi mövqeyini möhkəmləndirib, İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək, Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb, Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib, Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb, Ukrayna PUA-larla Tatarıstanda neft anbarlarına hücum edib, Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb, Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək,

"Ermənilər uşaqlara hərbi geyimlər və silahlar veriblər" - Ombusdman

"Ermənilər uşaqlara hərbi geyimlər və silahlar veriblər" - Ombusdman

Tarix: 30-10-2023, 10:53

Qırx dörd günlük müharibə dövründə Ermənistan silahlı qüvvələri tərəfindən əsir alınan azərbaycanlı hərbi qulluqçuların əsirlik dövründə qarşılaşdıqları işgəncə və təzyiqlər tərəfimizdən hesabat şəklində hazırlanaraq beynəlxalq qurumların diqqətinə çatdırılıb. Azərbaycan torpaqlarının işğaldan azad olunması dövründə Azərbaycan Silahlı Qüvvələri tərəfindən heç bir mülki obyekt və mülki əhali hədəfə alınmayıb.

Bu sözləri Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı keçirilən konfransda söyləyib.

O bildirib ki, həmin döyüşlər zamanı Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif yollarla hədəf yayındırmağa çalışaraq mülki əhaliyə, o cümlədən jurnalistlərə, din xadimlərinə və hətta uşaqlara hərbi geyimlər və silahlar verilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR