Son Xəbər: Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib, Milli Məclisin sədri Serbiyaya işgüzar səfər edib, Monteneqro Prezidenti Azərbaycan liderini təbrik edib, ABŞ ordusu İranın Küveytdə hərbi bazaya atdığı 2 ballistik raketi zərərsizləşdirib, Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir, Moldova rəsmisi: Azərbaycan şaxələndirilmiş qaz mənbələrinə çıxışımızda mühüm rol oynayıb, Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib, Qəbul imtahanının 2-ci cəhdində iştirak üçün qeydiyyat başlayıb, İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib, Sabah Bakıda 23, bölgələrdə 28 dərəcə isti olacaq,

Rüşvət alan vəzifəli şəxs HƏBS EDİLDİ

Rüşvət alan vəzifəli şəxs HƏBS EDİLDİ

Tarix: 30-10-2023, 12:42

 

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə rüşvət müqabilində dövlət əmlakını mülkiyyətə verən vəzifəli şəxsin qanunazidd əməlləri ifşa olunub.

Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və İqtisadiyyat Nazirliyi birgə məlumat yayıb.

Məlumatda deyilir:

"İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsinin baş məsləhətçisi Seyran Məmmədovun sədrlik etdiyi hərrac komissiyası tərəfindən Neftçala rayonunda dövlət mülkiyyətində olan 1 hektardan artıq torpaq sahəsi və üzərində yerləşən tikinti obyektinin alqı-satqısına dair keçirilmiş auksionda vətəndaşın 22 min 500 manat pul müqabilində qalib elan edilməsinə nail olmasına şübhələr müəyyən edilib. 

Tələb etdiyi rüşvət məbləğinin bir hissəsini vətəndaşdan alarkən cinayət başında yaxalanmış həmin vəzifəli şəxsin xidməti otağında aparılmış axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən bir sıra sübutlar aşkar edilərək götürülüb. 

Qeyd edilən faktla bağlı başlanmış cinayət işi üzrə toplanmış sübutlar əsasında Seyran Məmmədov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Hazırda cinayət işi üçün əhəmiyyət kəsb edən bütün halların müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR