Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Siqaret və spirtli içkilər nə qədər bahalaşacaq? - AÇIQLAMA

Siqaret və spirtli içkilər nə qədər bahalaşacaq? - AÇIQLAMA

Tarix: 2-11-2023, 18:12

 

Azərbaycanda siqaret və alkoqollu içkilərin aksiz dərəcəsi artırılır. 

Belə ki, aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 min manatdan 45,5 manata, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün 0,25 manatdan 2 manata qaldırılır.  İçməli spirtin hər litri üçün vergi dərəcəsi isə 4 manatdan 4,8 manata yüksəldilir.

İqtisadçı ekspert Xalid Kərimli “Ölkə.Az”a açıqlamasında bildirdi ki, aksiz dərəcələrinin qaldırılması qiyməti artıran amildir:

“Lakin siqaret və siqarilla məhsullarında vergi min ədədə hesablandığından hər ədədə düşən artım da cüzi olur. Buna görə də, siqaret qiymətlərində ciddi artım gözlənilirmir. 

Lakin elektron siqaretlərdə aksiz vergisi 25 qəpikdən 2 manata yüksəldilib ki, bu da sözügedən siqaretlərin qiymətinə əhəmiyyətli təsir göstərəcək. Ümumilikdə, qiymətlərdə 1,75-2 manat aralığında artım gözlənilir”. 

Ekspertin sözlərinə görə, vergi artımı spirtli içkilərdə hər litr üçün qiymətlərin 0,5-1 manat aralığında artımına səbəb ola bilər. 

“Vergilərdəki dəyişikliklər bazara ciddi təsir göstərməsə də, qiymətartırıcı faktorlardır”, - deyə X. Kərimli əlavə edib.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR