Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Ağalıya infotur təşkil edilib

Ağalıya infotur təşkil edilib

Tarix: 4-11-2023, 11:16

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramına əsasən, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması tədbirləri çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə infotur təşkil edib.


“Report”un xəbərinə görə, infotur iştirakçılarına Dövlət Proqramında təsbit olunmuş tədbirlərin icrası və Prezident İlham Əliyevin verdiyi tapşırıqların yerinə yetirilməsi ilə bağlı görülən işlər barədə məlumat verilib.


İşğaldan azad edilmiş ətrazilərdə “ağıllı kənd” konsepsiyası əsasında tikilən ilk yaşayış məntəqəsində - Ağalı kəndində geri qayıdan əhalinin yaşayış şəraiti ilə yaxından tanış olan infotur iştirakçıları buradakı məktəbə, uşaq bağçasına, tibb müəssisəsinə və digər infrastruktur obyektlərinə baş çəkib, sakinlərlə söhbətləşiblər.

İnfoturda müxtəlif özəl yaradıcılıq subyektlərinin rəhbərləri və əməkdaşları, o cümlədən məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri ilə bağlı Dövlət Komitəsinin tərəfdaşı olan şirkətlərin nümayəndələri iştirak ediblər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR