Son Xəbər: Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb, Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib, İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər, Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq, Azərbaycan nefti ucuzlaşıb, ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb, Azərbaycanda sosialyönümlü xərclərin tərkibinə yenidən baxılması təklif olunur, Milli Məclisin iclası başlayıb, Ağdaşda avtomobili ildırım vurub, yanğın olub, Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək,

Azərbaycanda hansı sahələrdə istehsal artıb?

Azərbaycanda hansı sahələrdə istehsal artıb?

Tarix: 14-11-2023, 14:46

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-oktyabr aylarında 55,6 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz az sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 2,4 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 7,4 faiz artıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Sənaye məhsulunun 68,1 faizi mədənçıxarma sektorunda, 26,6 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8,1 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 3,6 faiz artıb.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 92,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 65,0 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 33,9 faiz, maşın və avadanlıqların istehsalı 30,2 faiz, tikinti materiallarının istehsalı 29,7 faiz, poliqrafiya məhsullarının istehsalı 28,9 faiz, içkilərin istehsalı 27,2 faiz, hazır metal məmulatlarının istehsalı 23,0 faiz, kağız və karton istehsalı 21,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 19,8 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 11,4 faiz, qida məhsullarının istehsalı 10,7 faiz, mebel istehsalı 9,5 faiz, neft məhsullarının istehsalı 9,4 faiz, kimya sənayesi məhsullarının istehsalı 8,1 faiz, elektrik avadanlıqlarının istehsalı 7,8 faiz, əczaçılıq məhsullarının istehsalı 4,6 faiz, tütün məmulatlarının istehsalı 3,8 faiz artıb, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 8,8 faiz, geyim istehsalı 12,3 faiz, sair sənaye məhsullarının istehsalı 13,4 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 16,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 19,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 25,4 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 14,9 faiz artmışdır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR