Son Xəbər: Sabah Azərbaycanda 20 dərəcə isti olacaq, İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib, Nazir: Azərbaycan İtaliyada uzunmüddətli investor kimi mövqeyini möhkəmləndirib, İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək, Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb, Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib, Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb, Ukrayna PUA-larla Tatarıstanda neft anbarlarına hücum edib, Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb, Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək,

Parlamentdə deputatlar arasında gərginlik

Parlamentdə deputatlar arasında gərginlik

Tarix: 21-11-2023, 19:17

“Bölgələrdə vakant iş yerləri hərraca çıxarılır. Amma bu vakant yerlərdə maksimum maaş 300 manatdır”.

Bu fikirləri deputat Vahid Əhmədov Milli Məclisin plenar iclasında bildirib.

“Bizdə məlumat var ki, nazirliklərin qurumlarında yüksək maaşlı vakant yerlər var, amma hərraca çıxarılmır. Sahibə xanım bizim Sosial Müdafiə Nazirliyinə kifayət qədər suallarımız var. Biz istəyirik, bir neçə deputat nazirliyin rəhbərliyi ilə görüşək, bəzi məsələləri aydınlaşdıraq ki, mətbuata daşımayaq. 2 ay ərzində 48 məktub almışam, hamısı bu nazirliklə bağlıdır. Pensiya, ünvanlı sosial yardım, şəhid ailələri, qazilərlə bağlı problemlər var” ,- deyə deputat vurğulayıb. 

Spiker Sahibə Qafarova deputata belə cavab verib: “Yadımdadır ki, sizin komitələr dinləmələr keçirib. Sahil Babayev də bu dinləmələrdə iştirak edib. Nazirliyin əməkdaşları da müxtəlif məsələlərlə bağlı müzakirələrdə iştirak ediblər, fəal olublar”.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə əlavə edib ki, bu məsələlər həm komitələrdə, həm də qanun layihəsinin birinci oxunuşu zamanı müzakirə olunub: “Nazir Sahil Babayev də bir saata yaxın danışıb. Düzü, bilmirəm siz buradan hansı media orqanının diqqətini çəkmək üçün bu cür danışdınız. Ümumiyyətlə, düşünmürəm sizin belə probleminiz olsun, ölkədə kifayət qədər tanınmış adamsınız. Hesab edirəm ki, diqqət çəkmək üçün bu cür şərhlərə ehtiyac yoxdur”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR