Son Xəbər: Əli Əsədov və Denis Şmiqal Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə ediblər, Azərbaycan və Özbəkistan XİN rəhbərləri strateji müttəfiqlik münasibətlərini müzakirə ediblər, Şahin Bağırov Xankəndidə vətəndaşları qəbul edəcək, Yol polisi: Küləkli havada avtomobillərin qapalı məkanlarda park olunması tövsiyə olunur, Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN, Azərbaycanlı biznesmen çətin sınaq qarşısında - milyardlarını itirə bilər, Komitə rəsmisi: Azərbaycanda erkən nikahlar əvvəlki illərlə müqayisədə 5-6 dəfə azalıb, TƏBİB-in mətbuat departamentinə yeni rəhbər təyin olunub, Səyyar ASAN xidmətin iyunda fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb, Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik edib,

İlham Əliyev: “Ermənistanla sülh müqaviləsinin imzalanması üçün artıq hər hansı əngəl qalmayıb”

İlham Əliyev: “Ermənistanla sülh müqaviləsinin imzalanması üçün artıq hər hansı əngəl qalmayıb”

Tarix: 22-11-2023, 13:14

“Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün artıq hər hansı əngəl qalmayıb”.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokertini qəbul edən zaman deyib.

Dövlətimizin başçısı qeyd edib ki, antiterror tədbirləri nəticəsində Azərbaycan suverenliyini tam şəkildə bərpa edib.

Prezident ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini, sülh müqaviləsi və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün Azərbaycanın Ermənistan ilə dialoqa hazır olduğunu vurğulayıb.

Qonaq da öz növbəsində ölkəsinin bu prosesə dəstək verməyə hazır olduğunu ifadə edib.

Leo Dokerti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının regional sülh və sabitliyin təmin olunmasına hər hansı bir töhfə vermək işinə müsbət yanaşdığını deyib, uzun illərdir Azərbaycan ilə çox mühüm siyasi, iqtisadi, ticarət və enerji əlaqələrinin mövcudluğu ilə fəxr etdiklərini bildirdi.

Britaniyalı nazir vurğulayıb ki, Azərbaycan yalnız Avropanın mühüm enerji təchizatçısı deyil, həm də Cənubi Qafqazın vacib, məsuliyyətli ölkəsidir və Azərbaycansız Avropada sülh və təhlükəsizlik olmazdı.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR