Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq

Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq

Tarix: 23-11-2023, 19:04

2023-cü il noyabrın 23-25-də (cümə axşamı-şənbə) Bakıda əlamətdar hadisə - SPECA İdarəetmə Şurasının 18-ci sessiyası (BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramı) sammiti çərçivəsində SPECA-nın dövlət və hökumət başçılarının iştirakı ilə beynəlxalq əhəmiyyətli tədbir keçiriləcək.

Bununla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtın sakinlərinə və qonaqlarına xəbərdarlıq edib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmi nümayəndəsi, polis mayoru Araz Əsgərlinin sözlərinə görə, tədbir Heydər Əliyev Mərkəzində və Bakı Konqres Mərkəzində, eləcə də xarici və xarici vətəndaşların əsas marşrut xətlərində keçiriləcək. Sammitin yerli qonaqları paytaxtın mərkəzi prospektləri və küçələri ilə hərəkət edəcəklər.

“Sammitin yüksək səviyyədə və  təhlükəsiz şəraitində keçirilməsi üçün bütün hərəkət iştirakçılarından, xüsusən də sürücülərdən xahiş edirik ki, şəhər mərkəzinə gedərkən ictimai nəqliyyata üstünlük versinlər və tədbir günlərində imkan daxilində şəxsi avtomobillərdən istifadəni azaltsınlar.

Qonaqların tədbir yerlərinə rahat və təhlükəsiz hərəkəti və bu prosesin idarə olunması üçün Xocalı prospekti, Yusif Səfərov, Üzeyir Hacıbəyli, Həsənoğlu və Təbriz küçələrindən hərəkət zamanı müvəqqəti məhdudlaşmaları nəzərə almağı xahiş edirik”, - deyə Araz Əsgərli vurğulayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR