Son Xəbər: Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb, Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib, İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər, Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq, Azərbaycan nefti ucuzlaşıb, ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb, Azərbaycanda sosialyönümlü xərclərin tərkibinə yenidən baxılması təklif olunur, Milli Məclisin iclası başlayıb, Ağdaşda avtomobili ildırım vurub, yanğın olub, Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək,

Sosial şəbəkələrdə şəxsi məlumatları paylaşanların natamamlıq kompleksi var - Psixoloqdan ŞOK AÇIQLAMA

Sosial şəbəkələrdə şəxsi məlumatları paylaşanların natamamlıq kompleksi var - Psixoloqdan ŞOK AÇIQLAMA

Tarix: 27-11-2023, 10:29


Yəqin ki, sosial şəbəkə istifadəçiləri müşahidə edirlər: bəzən kimlərsə bu plaformalarda özünə və ailəsinə aid elə şəxsi məlumatları ictimailəşdirirlər ki, bunlar başqları tərəfindən bilinməməlidir. Əksər hallarda ailənin içində aid belə məsələlərin sosial şəbəkələrdə paylaşılması birmənalı qarşılanmır. Şəxsin özünə bildirməsələr də, arxada onu qınayır, hətta lağa qoyur, ələ salırlar.

Tutaq ki, ər öz xanımının ad günü olduğunu Facebook-da təmtəraqla elan edir, ona bəlağətli, pafoslu təbrik yazır, hətta bununla kifayətlənməyərək, həyat yoldaşı barəsində başqalarının bilmədiyi nüansları açıqlayır. Və ya əksinə, xanım əri haqqında başqaları üçün gizli qalması vacib olan şeylərdən bəhs edir.

Azərbaycan Psixoloqlar Akademiyasının rəhbəri Səbinə Cəbrayılova Modern.az saytına açıqlamasında sosial şəbəkə istifadəçilərinin bu platformalarda özəl həyata dair paylaşımlarına münasibət bildirib.

“Sosial şəbəkələrdə özünə aid məlumatları paylaşan şəxslərdə natamamlıq kompleksi var. Onlar belə paylaşımlarla özlərində gördükləri və etiraf etmədikləri hansısa hissləri, kompleksləri kompensasiya edəcəklərini düşünürlər”, - S.Cəbrayılova deyib.Psixoloqun sözlərinə görə, belə insanların bir çoxu özünü başqalarından aşağı olduğunu düşünür, bununla onda yaranan emosional və psixi vəziyyətdən irəli gələrək öz şəxsi həyatına aid olan məlumatları, getdiyi yerləri, restoranları səhifəsində paylaşıb “mən bunu bacarıram”, “bunu etməyə mənim gücüm, maddi dururmum imkan verir” deməyə çalışırlar.“Əgər həmin“bacarığa” öncədən sahib olsaydı bu, onun üçün qeyri-adi davranış olmazdı. Onda  bunu belə açıq şəkildə hər kəsə göstərib özünə nədəsə “təsəlli” verməyə ehtiyac qalmazdı.

Həmin şəxslərin özlərinə aid məlumatları paylaşmaqda məqsədi həmçinin, gündəmin tələbatına uyğun olaraq müzakirə mövzusuna çevrilmək istəyidir. Digər bacarıqları və biliklərini kompleks hesab etdiklərindən, özgüvən aşağı olduğundan bu cür paylaşımları ən rahat yollardan biri olaraq seçiblər”, - Azərbaycan Psixoloqlar Akademiyasının rəhbəri vurğulayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR