Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Əfsanəvi döyüşçü prezidentliyinə namizəd olmaq istəyir

Əfsanəvi döyüşçü prezidentliyinə namizəd olmaq istəyir

Tarix: 5-12-2023, 14:37

Əfsanəvi döyüşçü Konor Makqreqor 2025-ci ildə İrlandiyanın prezidentliyinə namizəd olmağı planlayıb.

O, bu barədə "X" sosial şəbəkə hesabındakı paylaşım edib. 35 yaşlı döyüşçü prezidentlik yarışında mümkün rəqiblərini sadalayıb:

"Namizəd olsam, potensial rəqabət -  Cerri (Adams) 78 yaş. Berti (Aherne) 75, Enda (Kenni) 74 yaş. Onların hər biri öz partiyasının siyasəti ilə qırılmaz şəkildə bağlıdır. Bu partiyalar xalqı yox, özlərini idarə edir.

Ya da 35 yaşlı mən. Oyunda gənc, aktiv, ehtiraslı, təzə xarakterəm. Mənim heç bir partiyaya qarşı qərəzliyim  yoxdur", - Makqreqor sosial şəbəkələrdə yazıb.

Makqreqorun qarışıq döyüş sənətlərində 22 qələbəsi və altı məğlubiyyəti var; irlandiyalı əvvəllər yüngül və yüngül çəki dərəcələrində UFC çempionluq kəmərlərinə sahib olub. O, sonuncu döyüşünü 2021-ci ilin iyulunda keçirib, Dastin Puaryeyə texniki nokautla uduzub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR