Son Xəbər: Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb, Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib, İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər, Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq, Azərbaycan nefti ucuzlaşıb, ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb, Azərbaycanda sosialyönümlü xərclərin tərkibinə yenidən baxılması təklif olunur, Milli Məclisin iclası başlayıb, Ağdaşda avtomobili ildırım vurub, yanğın olub, Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək,

Komitə bu məscidlərə imam və imam müavini AXTARIR

Komitə bu məscidlərə imam və imam müavini AXTARIR

Tarix: 12-12-2023, 16:42


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibə elan edib.

Müsahibədə iştirak etmək istəyən namizədlər dekabrın 13-dən gələn ilin yanvar ayının 13-ü saat 18:00-dək sənədləri elektron qaydada sened@scwra.gov.az adresinə və ya kağız daşıyıcıda Dövlət Komitəsinə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 16, AZ 1001) təqdim etməlidirlər.

Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər. Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi vaxtı və yeri qurumun internet saytında yerləşdiriləcək.

Tələb olunan sənədlər aşağıdakılardır:

- Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

- Tərcümeyi-hal;

- Dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

- Sağlamlıq haqqında arayış;

- Narkoloji dispanserdən arayış;

- Ruhi-əsəb dispanserindən arayış;

- Məhkumluq barədə arayış;

- Foto (3x4) (4 ədəd);

- Ərizə.

Vakant yerlər aşağıdakı məscidlərdədir:

1. Ağcabədi şəhəri "Cümə" məscidi - İmam

2. Astara rayonu, Kijəbə qəsəbəsi "Lovayın" məscidi - İmam müavini

3. Lənkəran rayonu, Separadi kənd məscidi - İmam müavini

4. Tovuz şəhər məscidi - İmam

5. Xaçmaz şəhəri "Təzə şəhər" məscidi - İmam

6. Qax şəhər məscidi - İmam


7. Bakı şəhəri, Yasamal rayonu "Təzəpir" məscidi - Qadın dini ayinlərin icraçısı




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR