Son Xəbər: Sabah Azərbaycanda 20 dərəcə isti olacaq, İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib, Nazir: Azərbaycan İtaliyada uzunmüddətli investor kimi mövqeyini möhkəmləndirib, İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək, Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb, Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib, Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb, Ukrayna PUA-larla Tatarıstanda neft anbarlarına hücum edib, Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb, Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək,

Əsirlər harda, kimin vasitəçiliyilə dəyişdiriləcək...

Əsirlər harda, kimin vasitəçiliyilə dəyişdiriləcək...

Tarix: 13-12-2023, 11:45

Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı tərəfindən dekabrın 7-də verilən birgə açıqlamada Bakı ilə İərvan arasında bir sıra razılığın əldə edildiyi bildirilib.
Razılaşmaya əsasən, Azərbaycan 32 erməni hərbçini, Ermənistan öz növbəsində 2 azərbaycanlı əsgəri (İrəvanda saxlanılan azərbaycanlı hərbçilər Aqşin Bəbirov və Hüseyn Axundov-red.) azad edəcək.

Hər iki ölkənin ictimaiyyəti neçə gündür hərbçilərin dəyişdiriləcəyi anı gözləyir. Proses hələ ki baş verməyib.

Azərbaycan rəsmiləri, nə də Ermənistan hakimiyyətinin nümayəndələri saxlanılan hərbçilərin azad ediləcəyi günü və yeri, eləcə də prosesin kimin vasitəçilə gerçəkləşəcəyini açıqlamayıblar.

Ermənistan mediasının məlumatına görə, mübadilə prosesi bu gün və ya sabah baş tuta bilər.

Ermənistan parlamentinin Xarici Əlaqələr Komissiyasının rəhbəri Sarkis Xandanyan KİV-ə açıqlamasında hərbçilərin dəyişdirilmə prosesinin Ermənistan-Azərbaycan sərhədində baş tutacağını istisna etməyib. Amma kimin vasitəsilə, bunu açıqlamayıb.

Ermənistan KİV-ləri prosesə Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçi olacağını ehtimal edir.

Beynəlxalq Komitənin Ermənistan nümayəndəliyindən Zara Amatuni bildirib ki, “Qırmızı Xaç” tərəfləri neytral vasitəçi olmağa hazır olduqları barədə məlumatlandırıb.
 

“Hazırda deyə biləcəyimiz yeganə şey odur ki, tərəflər bizə müraciət etsələr, prosesdə rol oynaya bilərik. Hazırda bizdə başqa məlumat yoxdur”, - Amatuni bildirib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR