Son Xəbər: Rusiya Volodimir Zelenskini axtarışa verib, Hicabı reytinqə alət edənlər... – SƏRT REAKSİYALAR, COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların siyahısı HAZIRLANDI, Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma LƏĞV EDİLDİ, Gimnastlarımız Avropa Kubokunda medal qazandı, Müsavat Partiyasının qurultayı KEÇİRİLİR, Azərbaycan neftinin qiyməti 85 dollara düşüb, “Green card”a müraciət edənlərin NƏZƏRİNƏ, Berlində texnologiya şirkətində yanğın olub - Sakinlərə xəbərdarlıq edildi, “Nazirliyə 8-10 faiz “otkat” qaytarırdıq”,

2024-cü ilin qeyri-iş günləri AÇIQLANDI

2024-cü ilin qeyri-iş günləri AÇIQLANDI

Tarix: 15-12-2023, 19:18

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2023-cü il tarixli Qərarı ilə 2024-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. 

2024-cü il üçün iş vaxtı normasına əsasən gələn ilin aşağıdakı günləri iş günü hesab edilmir:

1, 2 yanvar–Yeni il bayramı;

20 yanvar–Ümumxalq Hüzn Günü;

8 mart–Qadınlar Günü;

20, 21, 22, 23, 24 mart–Novruz bayramı;

10, 11 aprel–Ramazan bayramı;

9 may–Faşizm üzərində Qələbə Günü;

28 may–Müstəqillik Günü;

15 iyun–Azərbaycan xalqının Milli Qurtuluş Günü;

26 iyun–Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü;

16, 17 iyun–Qurban bayramı;

8 noyabr–Zəfər Günü;

9 noyabr–Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü;

31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, 2024-cü ildə beşgünlük iş həftəsində 3,4,5 yanvar, 25 və 26 mart, 18 və 19 iyun, 11 noyabr tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 25 mart və 18 iyun tarixləri istirahət günləridir. Beşgünlük iş həftəsində 7 yanvar iş günüdür.

2024-cü ilin fevral ayı 29 gündən, il isə 366 gündən ibarətdir.

2024-cü ildə beşgünlük iş həftəsində 239 iş günü, iş günü hesab edilməyən 105 istirahət günü, iş günü hesab edilməyən 19 bayram, 1 Ümumxalq hüzn günü, 1 Azərbaycan Respublikası Prezidenti seçkiləri günü və 1 Bələdiyyə seçkiləri günü vardır.

Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

2024-cü ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır. 2024-cü il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1901 saatdır.

Altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhəri gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz.

Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2024-cü ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1901 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR