Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Rəsul Quliyev villasını yarım milyon dollara satdı - Fotolar

Rəsul Quliyev villasını yarım milyon dollara satdı - Fotolar

Tarix: 18-12-2023, 10:47

Milli Məclisin sabiq sədri, uzun müddətdir ABŞ-də yaşayan Rəsul Quliyev Floridadakı villalarından birini satıb. 

Bu barədə jurnalist Cavanşir Həsənli feysbuk hesabında məlumat yayıb. 

O qeyd edib ki, satılan malikanənin qiyməti yarım milyon dollardan bir qədər artıq olub: “Keçmiş spiker və onun həyat yoldaşı Elmira Quliyeva Palm Coast, Allen Ethan 95 ünvanındakı 292 kv metr sahəsi olan əmlakına 510 min dollara müştəri tapıb. Villa 2007-ci ildə inşa olunub, həyətində qapalı hovuzu var”.

Qeyd edək ki, Rəsul Quliyev 1996-cı ildən ABŞ-də Florida ştatının Palm-Kost şəhərində yaşayır. Təxminən 100 000 əhalisi olan şəhər Dubaydakı məşhur Palma adalarına bənzəyir. Palm-Kost şəhərindəki evlər hər tərəfdən su kanalları ilə əhatə olunub. Şəhərdəki evlərin qiyməti də ABŞ-nin daşınmaz əmlak bazarı üçün kifayət qədər yüksək hesab olunur.(“Qafqazinfo”)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR