Son Xəbər: Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik, Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib, Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub, Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb,

İlham Əliyevin namizədliyi Azərbaycan xalqının arzu və istəkləridir - Spiker

İlham Əliyevin namizədliyi Azərbaycan xalqının arzu və istəkləridir - Spiker

Tarix: 19-12-2023, 12:20

Yeni Azərbaycan Partiyasının sədri İlham Heydər oğlu Əliyev gələn il fevralın yeddisinə təyin edilmiş prezident seçkilərində partiyadan namizəd göstərilib. Əlbəttə, bu qərar bütün Azərbaycan xalqının arzu və istəyini ifadə edib. Dünya miqyaslı siyasi və dövlət xadimi olan İlham Əliyev ölkəmizə heyrətamiz uğurlar gətirən, fəaliyyəti ilə xalqımızın dərin hörmət və məhəbbətini qazanıb.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət konsepsiyası yeni tarixi şəraitdə yaradıcı surətdə davam etdirilib və daha da zənginləşdirilib. Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin dekabrın 19-da keçirilən iclasında çıxışı zamanı deyib. 

O bildirib ki, Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxmış, geniş bir bölgədə söz sahibinə çevrilib. Prezident İlham Əliyev Azərbaycanın müzəffər sərkərdəsi kimi adını tarixə həkk edib. Onun siyasi diplomatik və hərbi strateji məharəti sayəsində 44 günlük Vətən müharibəsi və bir günlük antiterror tədbirləri Qarabağın və Şərqi Zəngəzurun işğalına son qoyulması ilə nəticələnib. Dövlətimizin ərazi bütövlüyünün, suverenliyinin və tarixi ədalətin bərpa olunması xalqımızın milli qürurunu özünə qaytarıb.

“Azərbaycanın müasir tarixinin son 20 ili cəmiyyət və dövlət həyatının bütün sahələrində davamlı yeniləşmə, sürətli sosial, iqtisadi inkişaf, möhkəm ictimai, siyasi sabitlik və tərəqqi, milli qürur, həmrəylik və birlik, gələcəyə sonsuz inam anlayışları ilə bağlıdır. Əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevə xas olan siyasi bəsirət və səriştə, dövlətçilik təfəkkürü və idarəçilik məharəti dövlətimizin müstəqil inkişaf yolu ilə bundan sonra da inamla irəliləşməsini təmin edəcək, Azərbaycan qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq və yeni zirvələri fəth edəcəkdir”, - deyə Milli Məclisin sədri vurğulayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR