Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Zakir Həsənov və Kərim Vəliyev Laçına getdi - Hərbçilərə tapşırıqlar verdilər (VİDEO)

Zakir Həsənov və Kərim Vəliyev Laçına getdi - Hərbçilərə tapşırıqlar verdilər (VİDEO)

Tarix: 20-12-2023, 16:48

Dekabrın 20-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi cənab Məsim Məmmədov və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

Yenixeber.org xəbər verir ki, müdafiə naziri şəxsi heyətin fərdi hazırlığının təkmilləşdirilməsi, bilik və bacarığının daha da artırılması üçün üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Ali Baş Komandanın istənilən tapşırıqlarının icrasına hər an hazır olmaları hərbi qulluqçuların diqqətinə çatdırılıb.

Cənab M.Məmmədov Azərbaycan Respublikasının Prezidentinin diqqət və qayğısı sayəsində ölkəmizin bütün bölgələrində, o cümlədən azad edilmiş ərazilərdə hərbi qulluqçuların maddi-texniki təminatının, sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Bu işlərin gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə edib.

Sonra xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu qiymətli hədiyyələrlə təltif edilib. Nazir təqdim edilən hərbi texnikalara baxış keçirib, onların heyətlərinin hazırlığını yoxlayıb.

Hərbi hissədə yaradılan şəraitlə maraqlanan müdafiə nazirinə məruzə edilib ki, burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı, camaşırxana-qazanxana və ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar mövcuddur.

General-polkovnik Z.Həsənov hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, eləcə də döyüş hazırlığının yüksək səviyyədə saxlanması ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.

Sonda şəxsi heyətlə birgə nahar edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR