Son Xəbər: Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT,

Ümidsiz atəşkəs danışıqları: Bu dəfə HƏMAS "YOX" dedi

Ümidsiz atəşkəs danışıqları: Bu dəfə HƏMAS "YOX" dedi

Tarix: 21-12-2023, 10:25

HƏMAS hərəkatı 40-a yaxın girovun azad edilməsi müqabilində İsrailin bir həftəlik atəşkəs təklifini rədd edib.

Mediabiz.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" tərəflər arasında aparılan danışıqlarda iştirak edən misirli vasitəçilərə istinadən məlumat yayıb.

Məlumata görə, HƏMAS girovların qaytarılması ilə bağlı potensial razılaşmaları müzakirə etməzdən əvvəl İsrail ordusunun Qəzza zolağına hücumunu dayandırmasını istəyir.

Nəşr bildirir ki, danışıqlar başlasa belə, İsrail qalan girovları azad etmək üçün bütün fələstinli məhbusları həbsdən azad etməli olacaq. Ancaq İsrail tərəfi Qəzzada hərbi əməliyyatı dayandırmayacağını bəyan edib.

"The Jerusalem Post" nəşrinin məlumatına görə, dekabrın 20-də HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İsrailin atəşkəs təklifini müzakirə etmək üçün Qahirədə Misir vasitəçiləri ilə görüşüb. Fələstin İslami Cihad təşkilatının nümayəndələri də ilk dəfə danışıqlarda iştirak etməli idilər, lakin onlar tam atəşkəs və girovların İsrailə təhvil verilməsi müqabilində bütün fələstinli məhbusların azad edilməsini tələb ediblər.

Bundan əvvəl "Axios" nəşri yazıb ki, İsrail HƏMAS tərəfindən girov götürülmüş 40-a yaxın insanın azad edilməsi müqabilində bir həftəlik atəşkəs təklif edib. Dekabrın 19-da İsrail prezidenti İsaak Hersoq brifinq zamanı bildirib ki, ölkəsi girovların azad edilməsi qarşılığında Qəzza zolağında növbəti fasiləyə hazırdır. 


Fələstinin Avstriyadakı səfiri Salah Abdel Şəfi "RİA Novosti"yə bildirib ki, İsrail və HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəslə bağlı danışıqlar həqiqətən də bərpa olunub, lakin tərəflərin mövqeləri bir-birindən çox uzaqdır.

“Fakt budur ki, müzakirələr davam edir. Vasitəçilər var. Əsas olanlar Qətər, Misir və ABŞ-dir. Beləliklə, bəli, danışıqlar bərpa olunub, lakin mövqelər bir-birindən çox uzaqdır”, - səfir deyib.

Haniyənin media üzrə müşaviri Taher Əl-Nono "Reuters" agentliyinə bildirib ki, İsrail Qəzzada hərbi kampaniyasını bitirənə və mülki vətəndaşlara humanitar yardımın həcmi artana qədər HƏMAS daha çox israilli girovların azad edilməsini müzakirə etmək istəmir:

"Məhbuslar məsələsi bu iki məsələ əldə edildikdən sonra müzakirə oluna bilər. İsrail təcavüzünü davam etdirdiyi halda biz müzakirələrdən danışa bilmərik. Hağlı hər hansı təklifin müzakirəsi təcavüzün dayandırılmasından sonra baş verməlidir".

Son məlumatlara görə, HƏMAS-ın girovluğunda 136 nəfər qalıb - 114 kişi, 20 qadın və iki uşaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR