Son Xəbər: İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ, Putin yenə Qarabağdan danışdı, Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq, Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb, İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib, "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb, Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir, İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib, Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək, Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq,

Boşanmaq istəyən arvadını öldürən şəxslə bağlı QƏRAR

Boşanmaq istəyən arvadını öldürən şəxslə bağlı QƏRAR

Tarix: 21-12-2023, 12:23

Ali Məhkəmədə Bakıda qətl törətməkdə təqsirləndirilən Meyxoş Cəfərovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun şikayəti təmin edilməyib.

Qeyd edək ki, 2021-ci il iyulun 24-ü saat 11 radələrində Xəzər rayonu, Binə qəsəbəsində yaşayan 1989-cu il təvəllüdlü Xatirə Fərəcovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri 1977-ci il təvəllüdlü Meyxoş Cəfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xatirə Fərəcovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Meyxoş Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaqla müəyyən edilib ki, Meyxoş Cəfərov həyat yoldaşı Xatirə Fərəcovanın boşanmaq istəməsindən qəzəblənərək, qısqanclıq zəminində onu öldürmək qərarına gəlib. İyulun 24-də bıçaq götürərək arvadının işlədiyi gözəllik salonuna gedib və ona arxadan yaxınlaşıb. Cinayətkar niyyətini həyata keçirməkdən ötrü kəsici alətlə onun döş qəfəsinə, qarın və digər nahiyələrinə ümumilikdə 13 dəfə zərbə vuraraq qəsdən öldürüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Meyxoş Cəfərov 13 il müddətinə azadlıqdan məhrum olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR