Son Xəbər: Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib, Fransa polisinə yuxarı sinif şagirdlərinə qarşı işıq-səs qumbaraları tətbiq etmək qadağan edilib, Mürsəl İbrahimov Şuşada vətəndaş qəbulu keçirəcək,

Gürcü rejissorun filmi "Oskar"ın siyahısına düşə bilməyib - SİYAHI

Gürcü rejissorun filmi "Oskar"ın siyahısına düşə bilməyib - SİYAHI

Tarix: 22-12-2023, 14:03

Gürcü rejissor Tinatin Kajrişvilinin rejissoru olduğu “Vətəndaş müqəddəs” filmi “Ən yaxşı beynəlxalq bədii film” kateqoriyasında "Oskar"ın qısa siyahısına daxil edilməyib.

Bu barədə Amerika Kino Akademiyasının saytında dərc olunmuş siyahıya əsasən məlumat yayılıb.

Qısa siyahıya Maykl Qurdciyanın (Ermənistan) “Amerikalı” filmi, Mstislav Çernovun (Ukrayna) “Mariupolda 20 gün” sənədli filmi, habelə Butan, Danimarka, Finlandiya, Fransa, Almaniya, İslandiya, İtaliya, Yaponiya, Meksika, Mərakeş, İspaniya, Tunis və Böyük Britaniyadan olan filmlər düşüb.

Namizədlər 23 yanvar 2024-cü ildə elan ediləcək. Mükafatın təqdimatı martın 10-na planlaşdırılıb.

Gürcüstanı "Oskar"da təmsil etmək hüququ uğrunda daha 3 film mübarizə aparıb: “Qrakliani dağındakı yazının sirri” – rejissoru Lela Tsipuriya, “Gözəl Elena” – rejissoru Georgi Ovaşvili, “Qara quş, Böyürtkən, Böyürtkən” – rejissor. Elene Naveriani.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR