Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

“Nar” Azərbaycan Voleybol Federasiyasının rəsmi tərəfdaşıdır

“Nar” Azərbaycan Voleybol Federasiyasının rəsmi tərəfdaşıdır

Tarix: 26-12-2023, 12:09

“Nar” ölkədə voleybolun inkişafına və təbliğinə mühüm töhfə məqsədi ilə Azərbaycan Voleybol Federasiyasının (AVF) rəsmi tərəfdaşı oldu. Əməkdaşlıq çərçivəsində mobil operator qadınlar və kişilər arasında yerli çempionatın keçirilməsinə dəstək göstərəcək.

“Nar”ın dəstəyi ilə 2023-2024-cü ilin voleybol mövsümü artıq start götürüb. Voleybol həvəskarlarına ölkə çempionatının oyunları izləmək və dəstək olmaq üçün giriş sərbəstdir. “Nar” Azərbaycan Voleybol Çempionatında öz komandasını təmsil edən bütün voleybolçularımıza uğurlar arzu edir.

Voleybol idman növünü yerli və beynəlxalq səviyyədə təbliğ etmək məqsədi ilə “Nar” 2017-ci ildə qadın voleybolçular arasında Avropa çempionatının rəsmi telekommunikasiya tərəfdaşı kimi çıxış edib.

Korporativ sosial məsuliyyət (KSM) strategiyasına uyğun olaraq “Nar” ölkədə sağlam həyat tərzini  təbliğ edərək gənclər arasında voleybol daxil olmaqla, müxtəlif idman növlərinə marağın artmasını dəstəkləyir. Mobil operatorun gerçəkləşdirdiyi KSM layihələri haqqında nar.az/projects səhifəsindən məlumat əldə edə bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR