Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Bakı Xoreoqrafiya Akademiyasında Azərbaycan teatrının 150 illiyi münasibətilə tədbir keçirilib

Bakı Xoreoqrafiya Akademiyasında Azərbaycan teatrının 150 illiyi münasibətilə tədbir keçirilib

Tarix: 28-12-2023, 14:27

Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Azərbaycan teatrının 150 illiyi münasibətilə tanınmış aktyor və rejissor, Azərbaycan Respublikasının Əməkdar artisti Nicat Kazımovla görüş keçirilib.

Görüşdə BXA-nın tam orta təhsil, orta ixtisas təhsili və bakalavr pillələrinin şagird və tələbələri ilə yanaşı, müəllim heyəti də iştirak edib.

Görüşdə N. Kazımov  rəqs sənətinin aktyorluq sənəti ilə sıx əlaqəsindən söhbət açaraq qeyd edib ki, rəqqas və rəqqasələr səhnədə hər hansı bir rəqs nömrəsini ifa edən zaman rəqsin motivini tamaşaçıya olduğu kimi çatdırmaq üçün mütləq şəkildə aktyorluq bacarıqlarını nümayiş etdirirlər. Burada icra etdikləri əl-qol hərəkətləri, duruş, mimika və jestlər onların peşəkarlıq səviyyəsini daha da artırır.

Eyni zamanda, Əməkdar artist quruluş verdiyi əsərlərin süjet xəttindən, qarşıdan gələn ildə onun quruluşundə səhnələşdiriləcək tamaşa əsərlərinin motivi haqqında ətraflı məlumat verib. 

Xüsusi maraqla davam edən görüş sual-cavabla yekunlaşıb. 

Qeyd edək ki, Nicat Kazımov həm də BXA-da rejissor sənəti və aktyor sənəti ixtisasları üzrə pedaqoji fəaliyyət göstərir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR