Son Xəbər: Sabah Azərbaycanda 20 dərəcə isti olacaq, İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib, Nazir: Azərbaycan İtaliyada uzunmüddətli investor kimi mövqeyini möhkəmləndirib, İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək, Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb, Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib, Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb, Ukrayna PUA-larla Tatarıstanda neft anbarlarına hücum edib, Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb, Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək,

Safari Həmid Bakıda həbs edildi

Safari Həmid Bakıda həbs edildi

Tarix: 29-12-2023, 09:57

Bakı şəhəri Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə xarici ölkə vətəndaşı Safari Həmid Qafur barədə həbs qətimkan tədbiri seçilib.

Onun qanunsuz beynəlxalq pul köçürmələrinin təşkili ilə bağlı aparılan araşdırmalar çərçivəsində saxlanıldığı müəyyən edilib.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-1-ci maddəsində nəzərdə tutulan və digər cinayət əməllərini törətməyə görə məsuliyyətə cəlb edilmiş Həmid Safari milyonlarla manat dəyərində ümumilikdə 1.379 gizli valyutaköçürmə əməliyyatını təşkil etməkdə ittiham edilir.

Qeyd olunan kölgə iqtisadiyyat şəbəkəsi vasitəsilə Azərbaycana keçirilmiş həmin pul vəsaitlərinin çatdırıldığı şəxslər sırasında müxtəlif cinayətlərə görə məsuliyyətə cəlb edilmiş şəxslər, habelə müxtəlif radikal ekstremist yönümlü qruplar da olub.(Trend)





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR