Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

İntellektual turnir təşkil edilib

İntellektual turnir təşkil edilib

Tarix: 29-12-2023, 13:34

Beyləqan rayonu, Kəbirli kəndində “Milli intellektual oyunlar kuboku” adlı layihə uğurla icra edilib. 

Layihə çərçivəsində 3 gün ərzində Kəbirli kəndində yerləşən məktəblərin şagirdləri arasında intellektual yarışmalar təşkil edilib. Hər bir tədbirdən əvvəl şəhidlərimizin əziz xatirəsi anılıb və layihə haqqında layihə rəhbəri Şəhriyar Rəhimov ətraflı məlumat verib. 

Ümumillikdə, 150 nəfər məktəblinin iştirak etdiyi intellektual yarışmaların suallarını milli mövzular təşkil edib. Hər yarış günündə şagirdlər suallar ətrafında mübarizə aparıb və qaliblər elan olunaraq hər bir iştirakçıya sertifikatlar təqdim olunub. 

Layihə çərçivəsində şagirdlərə köynək, papaq və digər çap materialları paylanılıb. 

   Qeyd edək ki, intellektual turnir Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi” çərçivəsində  qalib olmuş Şəhriyar Rəhimovun “Milli intellektual oyunlar kuboku”  layihəsi çərçivəsində keçirilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR