Son Xəbər: Sabah Azərbaycanda 20 dərəcə isti olacaq, İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib, Nazir: Azərbaycan İtaliyada uzunmüddətli investor kimi mövqeyini möhkəmləndirib, İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək, Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb, Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib, Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb, Ukrayna PUA-larla Tatarıstanda neft anbarlarına hücum edib, Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb, Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək,

Bakı Xoreoqrafiya Akademiyasında Ümummilli lider Heydər Əliyevə həsr olunmuş respublika elmi konfransı keçirilib

Bakı Xoreoqrafiya Akademiyasında  Ümummilli lider Heydər Əliyevə həsr olunmuş respublika elmi konfransı keçirilib

Tarix: 29-12-2023, 18:30

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illiyi münasibətilə Bakı Xoreoqrafiya Akademiyasında (BXA) “Heydər Əliyev şəxsiyyəti və milli-mənəvi dəyərlərimiz” mövzusunda respublika elmi konfransı keçirilib.

Elmi konfransda BXA-nın idarə heyəti, müəllim və tələbə kollektivi iştirak edib.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Daha sonra BXA-nın müəllim və tələbələri ”Heydər Əliyev və Azərbaycan təhsil sisteminin inkişaf strategiyası”, “Heydər Əliyev və musiqi mədəniyyəti”, “Azərbaycan teatrı və milli musiqi fenomeni”, “Şərəfli 100 il”, "Heydər Əliyev fenomeni”, “Monumental heykəltəraşlıqda Ümummilli lider Heydər Əliyev obrazı”, “Şərur yallısının qorunub-saxlanılması və təbliğində Heydər Əliyev şəxsiyyətinin rolu”, “Azərbaycan incəsənətinin tərəqqisində Heydər Əliyevin rolu” mövzuları üzrə məruzə ilə çıxış ediblər.

Konfransda qüdrətli Azərbaycan dövlətinin müstəqilliyinin əbədiliyi uğrunda əzmlə çalışan ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini və həyatının müxtəlif dövrlərini əks etdirən fotoşəkillərlə yanaşı, videoçarx da nümayiş edilib.

BXA-nın keçirdiyi “Heydər Əliyev şəxsiyyəti və milli-mənəvi dəyərlərimiz” respublika elmi konfransında iştirakına görə məruzəçilərə Bakı Xoreoqrafiya Akademiyası tərəfindən Sertifikatlar və Yeni Azərbaycan Partiyasının Nəsimi rayon İdarəsi tərəfindən hədiyyələr təqdim edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR