Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

Azərbaycanda iş adamı qəzada öldü

Azərbaycanda iş adamı qəzada öldü

Tarix: 10-01-2024, 14:27

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Lənkəran – Boradigah – Masallı magistralının Lənkəran rayonunun Vilvan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1968-ci il təvəllüdlü Natiq İltifat oğlu Məmmədovun idarə etdiyi “Mersedes-Benz S 600” markalı avtomobil yol kənarındakı ağaclara və elektrik dirəklərinə çırpılıb. Zərbənin təsirindən avtomobilin mühərriki yerindən çıxıb. Sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

Qeyd edək ki, qəzada ölən N.Məmmədov Lənkəranda sahibkar, iş adamı kimi tanınırdı. O, yanacaqdoldurma məntəqəsinin sahibi idi.(APA)

Faktla bağlı araşdırma aparılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR