Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Televiziya erasının sonu yaxınlaşır? - AÇIQLAMA

Televiziya erasının sonu yaxınlaşır? - AÇIQLAMA

Tarix: 11-01-2024, 11:48

Ölkədə televiziya tamaşaçıları arasında keçirilən son araşdırmalara əsasən, əhalinin 76 faizi peyk siqnalı vasitəsilə qəbul edilən kanallara baxır, 15 faizi kabel televiziyalarının, 4 faizi isə İPTV abunəçisidir, 3 faizi də yerüstü rəqəmsal yayımlara tamaşa edir.

“Reklam gəlirləri azaldığına görə…”

Araşdırmanı Rəqəmli və Audiovizual Yayım Sənayesi İctimai Birliyi aparıb. Araşdırma nəticəsində məlum olub ki, hazırkı tendensiya televiziyaların iqtisadi dayanıqlılığına əsaslı şəkildə təsir edir. 

Belə ki, təcili tədbirlər görülməsə, rəsmi yayımlanan telekanallardakı reklam bazarının həcmi 2022-ci ildəki 42 milyon manatdan 2024-2025-ci illərdə 30 milyon manatadək, yəni 28,6 faiz geriləyəcək. İqtisadi imkanları zəif olan televiziyalar da təbii ki, tamaşaçı zövqünü tam oxşaya bilməyəcək. Nəticədə, teletamaşaçıların sayı sürətlə azalacaq. Təsadüfi deyil ki, hazırda insanlar informasiyanı daha çox sosial şəbəkələrdən alırlar. Bu da teletamaşaçıların azalmasının əyani sübutudur.

Televiziyalara maraq niyə azalır?

Məsələ ilə bağlı professor, teletənqidçi Qulu Məhərrəmli bildirib ki, indiki informasiya və sosial platformalar bolluğu şəraitində Azərbaycanda televiziyalara baxanların sayı tədricən azalır:

“Mövcud teleauditoriya günbəgün parçalanır. İnsanlar informasiyaları “Facebook”, “X”, “Instagram” və digər sosial şəbəkələrdən alırlar. Amma bu, televiziyanın dəyərinin itirilməsi anlamına gəlmir. 

Çünki televiziyalar da sosial şəbəkələrin imkanlarından məharətlə istifadə edirlər. Hətta bu sahədə ciddi uğur qazanan televiziyalar var. Məsələn,  İTV, “Xəzər TV”  bu sahədə yaxşı işləyir. AzTV-nin bu sahədə cəhdləri göz qabağındadır. Təsadüfi deyil ki, sosial şəbəkələrdə izləyicisi bir milyona çatan televiziyalarımız var”. 

Qulu Məhərrəmli televiziya marketinqinə də diqqət çəkib:

“Bu anlayış tələb edir ki, televiziya öz məhsullarını təkcə yerüstü və kabel kanalları vasitəsilə deyil, həm də sosial şəbəkələrdə yaysın və çoxlu izləyici toplasın. Ona görə də yeni tələblərə uyğun yeni davranış qaydaları ortaya çıxır. Bu qaydalardan istifadə edən televiziyalar, təbii ki, udur, auditoriyasını genişləndirir. 

Ona görə də düşünmürəm ki, auditoriyanın parçalanması televiziyanı sıradan çıxarır. Yaxşı televiziya verilişinə baxırlar. Sosial şəbəkələrdən istifadə etməyi bacaran televiziyaların hər zaman auditoriyası olacaq”.(Bizim.media)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR