Son Xəbər: Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT,

İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair İşçi qrupu yaradıldı

İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair İşçi qrupu yaradıldı

Tarix: 12-01-2024, 16:18

2023-2027-ci illər üçün Strategiyası”nın icrasının səmərəli təşkili məqsədilə Strategiyanın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əsas və digər icraçısı olan orqanların (qurumların) nümayəndələrindən ibarət İşçi qrup yaradılıb.

Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli 4060 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasının təmin edilməsi barədə” sərəncamında əksini tapıbSərəncama əsasən, yaradılan İşçi Qrupun tərkibi aşağıdakı kimidir:

İşçi qrupun rəhbəri

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri

İşçi qrupun üzvləri:

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası Baş prokurorunun müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini

Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurası sədrinin müavini

Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun direktoru

Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti.

İşçi qrup Strategiyanın icrasının əlaqələndirilməsi və icra prosesində qarşıya çıxan əsas problemlərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görəcək.

Tədbirlər Planında qeyd olunan əsas icraçı orqanlar (qurumlar) Strategiyada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti və nəticələri barədə hesabatları təsdiqedici sənədlərlə birlikdə hər il yanvarın 20-dək yaradılmış İşçi qrupa təqdim etməlidir.

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 mart tarixli 1294 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”na əsasən Strategiyanın monitorinqi və qiymətləndirilməsi istiqamətində zəruri tədbirlər görəcək.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR