Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Maaş artımları olacaq? - Deputatdan yeni AÇIQLAMA

Maaş artımları olacaq? - Deputatdan yeni AÇIQLAMA

Tarix: 16-01-2024, 13:35

"Təxminən əlavə olaraq 690 milyon manat çox sosial xərclər üçün mənbə formalaşdırılıb ki, bu da bir çox sosial sahələrdə əlavə artımların maliyyə təminatı üçün əsas mənbədir. Hazırda əsas artım istiqaməti pensiyalarla bağlıdır ki, yaxın günlərdə öz həllini tapacaqdır".

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib

Onun sözlərinə görə, 2024-cü ilin dövlət və icmal büdcələri ötən ay Milli Məclis və dövlət başçısı tərəfindən təsdiq olunub:

"Büdcənin xərc istiqamətləri müəyyən edildi, əsas xərc hədəfləri post-münaqişə dövrünün əsas çağırışları olan işğaldan azad edilmiş ərazilərdə 3 ildir ki, aparılan fasiləsiz bərpa-yenidənqurma işlərinin daha da sürətləndirilməsi, Ermənistanla dövlət sərhədində yeni sərhəd infrastrukturlarının yaradılmasına yönəldilib.

Eləcə də, ordunun müdafiə qabiliyyətinin gücləndirilməsi və yeni nümunəvi ordu birləşmələrinin yaradılması büdcə siyasətinin əsas prioritetləri kimi müəyyən olunub. Bununla yanaşı, büdcədə sosial müdafiə və təminat xərcləri artırlıb".

Millət vəkilinin sözlərinə görə, bu il minimum əməkhaqqının artırılması inflyasiyanın səviyyəsindən asılı olaraq müəyyənləşə bilər:

"İnflyasiya artdığı halda həmin xərclərin artması da istisna deyil. Ancaq hazırda inflyasiya birrəqəmli həddə düşüb, 9 faizdən də aşağıdır. Ona görə də, inflyasiyanın birrəqmli həddə düşməsi sosial və əmək haqqı xərclərində ciddi artımlara ehtiyac yaratmayacaq.

Yeri gəlmişkən, minimum əməkhaqqı son 4 ildə 4 dəfə artırlaraq 130 manatdan 345 manata qaldırılıb. Bu artımlar yüz minlərlə insanın maaşlarının artımına səbəb olub. Eləcə də yaşayış minimumunun və ehtiyac meyarının həddi də artırılıb".

A.Hüseynov həmçinin deyib ki, Azərbaycanda həyata keçirilən sosial siyasətin mərkəzində vətəndaşların sosial rifahının yaxşılaşdırılması, laqiyli və keyfiyyətli həyta şəraitinin təmin edilməsi dayanır:

"Cənab Prezident sosial sahədə davamlı addımlar atır və son 4 ildə qəbul olunaraq icra edilən sosial paketlər çərçivəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsini təmin edən mühüm sosial artımlar baş verib.

Həmçinin, bu illər ərzində əməkhaqlarının, əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğləri artırılıb.

2024-cü ildə "Sosial müavinətlər haqqında” qanuna edilən dəyişikliyə əsasən, bir sıra müavinətlər təsis edilməklə onların da maliyyələşməsi təmin ediləcək. Yəni, Cənab Prezident sosial sahəyə xüsusi diqqət ayırır və ölkəmizin maliyyə imkanları artdıqca bu sahədə əlavə artımların olması istisna deyil".(BAKU)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR