Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Azərbaycanın ilk qadın arxeoloqlarından biri vəfat etdi

Azərbaycanın ilk qadın arxeoloqlarından biri vəfat etdi

Tarix: 16-01-2024, 19:33

Azərbaycanın ilk qadın arxeoloqlarından biri - tarix üzrə fəlsəfə doktoru Firuzə Məmmədrza qızı Muradova vəfat edib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edək ki, F.Muradova 1934-cü il noyabr ayının 19-da Bakı şəhərində anadan olub. 1953-cü ildə Bakı şəhəri 190 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 1958-ci ildə universiteti bitirərək AMEA Tarix İnstitutunda laborant kimi əmək fəaliyyətinə başlayıb. 1965-ci ildən Qobustan ərazisində arxeoloji tədqiqatlar aparan Firuzə xanım 1974-cü ildə “Qobustan tunc dövründə” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1979-cu ildə işıq üzü görən “Qobustan Tunc dövründə” monoqrafiyası arxeoloqlar tərəfindən yüksək qiymətləndirilib. F.Muradova Qobustanın maddi-mədəniyyəti problemi üzrə tədqiqatlarını davam etdirərək ərazinin üst paleolitdən orta əsrlər dövrünədək aktual məsələlərini tədqiq edib.C

Üç kitab və 100-dən artıq məqalənin müəllifi olan Firuzə Muradova Azərbaycan arxeologiyasının ilk qadın arxeoloqlarından biridir




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR