Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Ödənişli yolda sürət həddi müəyyənləşdi - Radar da quraşdırılacaq

Ödənişli yolda sürət həddi müəyyənləşdi - Radar da quraşdırılacaq

Tarix: 18-01-2024, 16:20

Ənənəvi yola alternativ olaraq yaradılmış ödənişli avtomobil yolunda yeni yol nişanı qoyulub.

Bakı-Quba-Rusiya Federasiyası sərhədi yolunda maksimal sürət həddi 110 km/saat nişanı quraşdırılıb.

Bundan öncə həm qovşaqlara dönən, həm də giriş-çıxış hissələrində 90 km/saat və 70 km/saat nişanı olsa da, artıq 110 km/saat nişanı da qoyulub. Baxmayaraq ki, magistral yollarda maksimal sürrət həddinin 110 km/saat olduğunu hamı bilir. Amma nişan olmadığı üçün sürücülər bundan sui-istifadə edirdilər.

Qeyd edək ki, sürücülərin sürət rejiminə əməl etməsinə nəzarət olunması məqsədilə yaxın zamanda yolda xüsusi texniki vasitələrin quraşdırılması nəzərdə tutulur.  Onu da bildirək ki, artıq ödənişli yolda ölüm və ağır xəsarətlə nəticələnən bir neçə yol qəzası baş verib.(Avtosfer.)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR