Son Xəbər: Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb, Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib, İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər, Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq, Azərbaycan nefti ucuzlaşıb, ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb, Azərbaycanda sosialyönümlü xərclərin tərkibinə yenidən baxılması təklif olunur, Milli Məclisin iclası başlayıb, Ağdaşda avtomobili ildırım vurub, yanğın olub, Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək,

Fındığın qiyməti BAHALAŞDI

Fındığın qiyməti BAHALAŞDI

Tarix: 25-01-2024, 15:41

Xaçmazda fındığın satış qiymətində artım müşahidə olunur.

Ötən ilin oktyabr-dekabr ayları ilə müqayisədə məhsulun qiymətində 10-15 faiz artım var.

Bir ay əvvəl fındığın bir kiloqramı 4,5 manata satılırdı. Hazırda isə qiymət 5 – 5,3 manat arasında dəyişir. Daha keyfiyyətli, ləpə çıxımı yüksək olan məhsul baha alınır.

Əksər təsərrüfatçılar məhsulu daha münasib qiymətə satmaq üçün anbarlarda saxlayırlar. Məhsul əsasən payız-qış aylarında yerli bazarlarda satılır. Bununla yanaşı, rayonda 10-dan çox fındıq qəbulu məntəqəsi və fındıq emalı müəssisəsi məhsulu fermerlərdən sərfəli qiymətə alırlar.

Hazırda Xaçmazda təsərrüfatçılar qiymətin ötən illə müqayisədə daha sərfəli olduğunu bildirirlər. Ötən il bu vaxtı fındıq 3,5 manata alınırdı.

Fındıqçılıq Xaçmaz rayonunda kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək olan sahələrindən sayılır. Fındıq istehsalı rayonun kənd əhalisinin əsas qazanc mənbələrindəndir.

Xaçmazda fındıq yığımı sentyabr ayında tam başa çatır. Təsərrüfatçılar cari mövsümdə rayon bağlarından 8 min 462 ton məhsul əldə ediblər.

Rayondakı fındıq bağlarının ümumi sahəsi 12 min hektara yaxındır. Bu bağların 10 min hektarı barverəndir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR