Son Xəbər: Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir,

Almaniya kanslerinin yeni şəxsi aşpazı nə qədər maaş alacaq?

Almaniya kanslerinin yeni şəxsi aşpazı nə qədər maaş alacaq?

Tarix: 26-01-2024, 09:40

Almaniyanın federal kanslerinin administrasiyası Olaf Şolts üçün şəxsi aşpaz vakansiyası elan edib.

O, dövlət tədbirlərini, iş yeməklərini qastronomik şəkildə təşkil etməlidir.

Tələblər siyahısına soyuq və isti yeməklərin hazırlanması, tarazlıq və müxtəliflik, eləcə də mövsümi xüsusiyyətlər nəzərə alınmaqla menyu və yemək planlarının yaradılması daxildir. Namizədin yüksək səviyyəli qastronomiya üzrə təhsil aldığına dair diplomu və bir neçə illik təcrübəsi, həmçinin siyasətə marağı olmalıdır. Bundan əlavə, o, mütləq məxfiliyi qorumalıdır.

Aşpazın gələcək əmək haqqı vergilər çıxılmazdan əvvəl ayda 3 000 avrodan 3 700 avroya qədər təşkil edəcək, üstəgəl onun Yeni il bonusu (maaşın 84%-i), 220 avro nazir əlavəsi, işdənkənar saatlar üçün 40 avro əlavə ödəniş və yol pulu üçün imtiyazları olacaq.

Mənbə: BİLD




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR