Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

"Nia"nın lift macəraları, bir maşının pulunun qazanıldığı söyüş dolu canlı yayımlar...

"Nia"nın lift macəraları, bir maşının pulunun qazanıldığı söyüş dolu canlı yayımlar...

Tarix: 26-01-2024, 10:39

İllər əvvəl bir çobana arvadının xəyanət etməsi ancaq onun tanışlarına, uzaqbaşı həmin qəsəbə camaatına maraqlı olardı. Bir kəlmə danışardılar, məsələni bitirərdilər. Bugün isə elə deyil. Vəziyyət köklü şəkildə dəyişib. Ötən gün 100 mindən çox insanın Furkan adlı şəxsin canlı yayımını izləməsi bunu deməyə əsas verir.

Əksəriyyət Furkanı tanımır. O, Türkiyədə çobanlıq edən gəncdir. Qoyun sürüsünə nəzarət edərək video çəkən şəxs öz ölkəsi daxil olmaqla Azərbaycanda da tanınır. Burada Tiktok-da tanış olduğu "Nia" ləqəbli şəxslə ailə qurmağa hazırlaşan 22 yaşlı Furkan ötən gün sözün əsl mənasında həyatının ən böyük şokunu yaşayıb. Belə ki, dünən "Nia"nın liftdə öpüşmə görüntüləri yayılıb. Onun öpüşdüyü oğlan isə azərbaycanlı bloqer Sabir Samiroğludur. Elə bu videodan sonra Azərbaycan və Türkiyədə sosial şəbəkə camiasında aləm bir-birinə dəyib. Dünən ümumilikdə 1 milyona yaxın insan bu "ciddi" məsələni müzakirə edirdi. Demək olar ki, başdan ayağa söyüşdən ibarət olan bu canlı yayımlar müddətində bəlkə də, 3-4 bahalı maşının pulu qazanıldı.


Bu məsələdə günahı həm qızın, həm Sabirin, həm də video yayanların üstünə atmaq asandır. Amma, burada əsas günah məhz həmin şəxsləri populyarlaşdıran cəmiyyətdədir. Ümumilikdə, xarici ölkələrdə belə video yayıb şəxsi həyata müdaxilə edənləri məhkəməyə verib bütün pullarını əlindən alırlar. Azərbaycanda isə şəxsi həyatına müdaxilə olunan biabır etmək əvəzinə özü biabır olur. Çobanın yaxşı yerlərə gəlməsi, yüksək məbləğdə pullar qazanması pis bir şey deyil. Lakin, onların heçnə etmədən, sadəcə kameranı açıb qarşısına qoyub sadəcə söhbət etməklə alimlərdən, müəllimlərdən, ümumilikdə ziyalı təbəqədən qat-qat yuxarı məbləğ qazanması yeni nəsil üçün yaxşı nəsə vəd etmir.

Bir müddət əvvəl "Baboş" ləqəbli şəxsə ev verilməsi, indi də bu məsələyə bu qədər maraq deməyə əsas verir ki, artıq Tiktok cəmiyyətimizi ələ keçirib. Əslində sosial şəbəkədə xüsusi kütləyə malik insanların "influenser" adlandırılması təsadüf deyil. İngilis dilindən tərcümədə "təsir etmək, nüfuz etmək" mənasını verən bu söz bugünkü gündə tam yerinə düşür. Artıq sosial şəbəkələr, xüsusilə də, Tiktok tam şəkildə həyatımıza nüfuz etməkdədir və bu bizi uçuruma aparır. Tiktok heç də pis platforma deyil. Burada nəsə öyrənmək istəyən şəxslər üçün minlərlə videolar var. Amma, çoxları nədənsə bu platformanın ancaq mənfi cəhətlərinə yönəlir.

Əsası Çində qurulan Tiktok şirkəti bugün dünyanı ağuşuna alıb. Günü-gündən istifadəçiləri artan bu şəbəkə məktəbə belə getməyən, adını belə yaza bilməyən, hər hansı bacarığı olmayan şəxslərə pul qazanmaq, məşhurlaşmaq imkanı yaradır. Bu müəyyən mənada üstünlük ola bilər, amma, heç də yaxşı nümunə deyil. Hazırda dövr Tiktokundur. İllər əvvəl qəzet, jurnal necə televiziyalara uduzdusa, bugün də televiziyalar, saytlar Tiktoka uduzur. Məhz bu səbəbdən də bir çox ölkələrdə Tiktokun girişi məhdudlaşdırılıb.(Milli)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR