Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Dəm qazından ölən Sərxan bu gün ABŞ-a getməli imiş...

Dəm qazından ölən Sərxan bu gün ABŞ-a getməli imiş...

Tarix: 26-01-2024, 16:55



Bakıda dəm qazından boğularaq ölən Əli və Sərxan Həsənov qardaşları dəfn olunub.

Modern.az-ın məlumatına görə, onları doğulduqları Tovuz rayonunun Ağbulaq kəndində torpağa tapşırılıb.

Qardaşlardan dünəndən bu yana xəbər alınmayıb. Qohumları onların yaşadığı evə gəlib, evin pəncərəsini çöldən açaraq içəri daxil olublar və iki qardaşın meyitlərini aşkar ediblər.

Sərxan Həsənov ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü idi. O, 2020-ci ildə qəbul imtahanlarında 692,5 bal toplayaraq III qrup üzrə ölkə birincisi olmuşdu. S.Həsənov Sumqayıt şəhərindəki Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbi qızıl medalla bitirmişdi.
 

Ağbulaq kəndinin icra nümayəndəsi Əli İbrahimov “Report”a açıqlamasında bildirib ki, hadisə yanvarın 25-i gecə saatlarında baş verib. İcra nümayəndəsi vurğulayıb ki, Sərxan bu gün ABŞ-a getməli imiş.

Hadisə ilə əlaqədar Nərimanov rayon prokurorluğunda araşdırma aparılır. TƏBİB-dən isə bildirilib ki, yanvarın 25-i saat 19:36 radələrində Ziya Bünyadov 77 q ünvanından Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Ünvanda iki nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

Əldə etdiyimiz məlumata görə, 2001-ci il təvəllüdlü Əli Həsənov təxminən 3 ay öncə evlənibmiş. O, Bakıda traktor sürücüsü işləyirdi.

Mərhumların əmisi Aslan Həsənov bildirib ki, onlar ailədə 6 nəfər olub: “İki bacı, iki qardaş və ana-ata. Bacılardan biri eşitmə məhdudiyyətli olub. Digər bacı isə elə Ağbulaq kəndinə gəlin köçüb. Anası evdar qadın, atası isə təsərrüfatla məşğul olurmuş".

Onun sözlərinə görə, yanvarın 24-də Əli həyat yoldaşı Aynuru Bakıda yaşayan qayınatasıgilə aparıb.

"Sonradan yaxınları onların zənglərinə cavab verməyən qardaşlardan nigaran qalıblar. Evə ilk gələn Əlinin həyat yoldaşı və onun qardaşı olub. Onlar evə daxil olan zaman Əli və Sərxanın dünyasını dəyişdiklərini görüblər”, - Aslan Həsənov deyir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR