Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Uzunqulaq südü qızılcaya necə təsir edir?

Uzunqulaq südü qızılcaya necə təsir edir?

Tarix: 30-01-2024, 09:20

Özü ucuz olsa da, südü baha qiymətə satılır. Hətta mal-qara, qoyun, keçi südü belə ondan daha ucuzdur. Söhbət uzunqulaq südündən gedir.

İldə bir bala verən heyvan gündə 500-600 qram süd verə bilir. Uzunqulaq südünün 100 qramı 5-10 manata satılır.

Sözügedən canlı az süd versə də, onun məhsulu bir çox xəstəliklərin çarəsi hesab olunur.

Xüsusən son zamanlar daha çox yayılan qızılcaya yoluxanların uzunqulaq südü qəbul etdikdə bu xəstəliyi rahat keçirdiyi iddia edilir. Elə bu səbəbdən insanlar uzunqulaq südünü əldə etmək üçün müxtəlif rayon, kəndləri gəzirlər. Yevlax rayonunun Qaraoğlan kəndində yaşayanlar onun çox faydalı olduğunu bildiriblər.

Kənd sakin Şirxan Səfərovun sözlərinə görə, nəvələrini qızılca xəstəliyindən uzunqulaq südü ilə sağaldıb.

Həkim Mikayıl Əliyev bildirib ki, uzunqulaq südünün qızılca virusunun müalicəsində istifadəsini məqbul hesab edir:

"Əgər həkimlər uşağın immunitetini qaldırmaq üçün dərmanlardan istifadə edə bilmirlərsə, bu zaman uzunqulaq südündən istifadəni məqbul sayıram".

Qeyd edək ki, südü daha çox faydalı olan uzunqulaqların sayı əvvəlki illərə nisbətən xeyli azalıb.(Oxu)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR