Son Xəbər: Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb, Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib, İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər, Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq, Azərbaycan nefti ucuzlaşıb, ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb, Azərbaycanda sosialyönümlü xərclərin tərkibinə yenidən baxılması təklif olunur, Milli Məclisin iclası başlayıb, Ağdaşda avtomobili ildırım vurub, yanğın olub, Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək,

Rəsulzadənin ev-muzeyi yaradıldı - VİDEO

Rəsulzadənin ev-muzeyi yaradıldı - VİDEO

Tarix: 31-01-2024, 14:24

Bu gün görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyidir.

M.Ə.Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində anadan olub.

Prezident İlham Əliyevin sərəncamı ilə Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi dövlət səviyyəsində qeyd olunur.

M.Ə. Rəsulzadənin şəxsiyyəti, tərcümeyi-halının çox az məlum olan fəsilləri, fotoşəkilləri, arxiv sənədləri və  şəxsi əşyaları ilə sözsüz ki, bütün ictimaiyyət tanış olmaq arzusundadır. Lakin təəssüf ki, bu günə kimi Bakıda onun ev muzeyi yaradılmayıb.

Bu səhvi aradan qaldırmaq üçün tanınmış tarixçi, professor Solmaz Tohidi-Rüstəmova tərəfindən “Rəsulzadə ev-muzeyi ictimai qrup” yaradılmasına baxmayaraq, illər boyu bu məsələ hələ də öz həllini tapmayıb.

Modern.az xəbər verir ki, həmin qrupun üzvü, VMF Holdinq-in rəhbəri Vahid Mustafayev bildirib ki, döymədikləri qapı qalmasa da, hələ də bu muzeyin açarını əlində tutan məmuru tapa bilməyiblər.

“Türkiyə, İran, Polşa və dünyanın digər ölkələrdəki həmfikirlərimiz Rəsulzadənin şəxsi əşyaları və əvəzsiz materiallar və sənədləri bizim muzeyimizlə bölüşməyə hazır olsalar belə, bu məsələ hələ də həll olunmamış qalır”.

V.Mustafayev deyib ki, “Rəsulzadə ev-muzeyi ictimai qrupu”nun sifarişi ilə ANS Şirkətlər Qrupu və VMF Holdinq Məhəmməd Əmin Rəsulzadənin 140-cı ildönümü yubileyində onun Virtual Ev-Muzeyini yaardıb.

Virtual Ev-Muzeyi bir neçə bölmədən ibarətdir: burada Rəsulzadənin Bakı şəhərində AXC parlamentinin üzvü olan dövrdə ona dövlət tərəfindən verilən üçotaqlı mənzil, onun tərcümeyi-halı, şəxsi arxivi və şəxsi əşyalar, rəsmlər, fotokolleksiyası var.

“Fotolara gəldikdə, mütləq qeyd etmək istəyirəm ki, ANS PRESS informasiya agentliyinin əməkdaşları tərəfindən 100-ə yaxın şəkil Süni İntellekt vasitəsi ilə tam şəkildə bərpa olunub və muzey web-sayt şəklində internetdə dərc olunandan sonra geniş ictimaiyyətə istifadə üçün açıq olacaq.”, - V.Mustafayev deyib.

O bildirib ki, Rəsulzadənin ev-muzeyinin məhz virtual olaraq internet resursları vasitəsi ilə fəaliyyət göstərməsinin öz üstünlükləri var: İnternet auditoriyasının əhatə dairəsi daha genişdir - bu, Rəsulzadənin şəxsiyyətinə marağın böyük olduğunu nəzərə alsaq, xüsusilə vacibdir.

“Bunu da vurğulamalıyam ki, ekspozisiyalar professor Solmaz Tohidi-Rüstəmovanın təklifi ilə Rəsulzadənin əziz dostu və silahdaşı, bəstəkar Üzeyir Hacıbəyovun “Sənsiz” romansı ilə müşayiət olunmaqla muzey ziyarətçilərində əlavə emosional duyğular yaradacaq. Muzeyin web versiyası və saytı işlənib qurtarmaqdadır. Lakin bu ad günü biz Sizi, əziz Rəsulzadə irsini sevənləri muzeysiz qoya bilməzdik. Yetər 140 il gözlədik!”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR