Son Xəbər: Sabah Azərbaycanda 20 dərəcə isti olacaq, İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib, Nazir: Azərbaycan İtaliyada uzunmüddətli investor kimi mövqeyini möhkəmləndirib, İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək, Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb, Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib, Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb, Ukrayna PUA-larla Tatarıstanda neft anbarlarına hücum edib, Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb, Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək,

Azad edilmiş ərazilərdəki məscidlərə din xadimləri təyin edilib? - RƏSMİ

Azad edilmiş ərazilərdəki məscidlərə din xadimləri təyin edilib? - RƏSMİ

Tarix: 2-02-2024, 17:47

İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Prezidentinin göstərişi ilə sürətli tikinti-quruculuq işləri aparılır. Həmin ərazilərdəki dini ibadət yerlərinin, eləcə də abidələrin tikintisi və bərpasına xüsusi diqqət yetirilir.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini Qurumlarla İş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə AZƏRTAC-a açıqlamasında deyib.

O qeyd edib ki, Şuşa, Zəngilan və Laçın şəhəri, həmçinin Hadrut və Suqovuşan qəsəbələrində yeni məscidlərin təməlqoyma mərasimləri keçirilib:

Heydər Əliyev Fondu tərəfindən Şuşa və Ağdam şəhərlərindəki ibadət evlərinin bərpası reallaşdırılır. Onlardan ikisinin – Şuşa şəhəri “Yuxarı Gövhər Ağa” və “Saatlı” məscidlərinin təmir-bərpası artıq başa çatıb, ötən il mayın 10-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi günündə açılışı olub.

Ötən ilin sentyabrında Mirabdulah Həsənli Şuşa şəhəri “Yuxarı Gövhər Ağa” məscidinə imam təyin olunub. Hazırda orada fəaliyyətini davam etdirir. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdəki ibadət evlərinə din xadimi təyinatının məskunlaşmaya və ibadət evlərinin fəaliyyətə başlamasına paralel aparılması nəzərdə tutulub".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR