Son Xəbər: Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib,

“Azərbaycanlılar İlham Əliyevə təşəkkür ediblər”

“Azərbaycanlılar İlham Əliyevə təşəkkür ediblər”

Tarix: 8-02-2024, 09:06

“Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi hazırkı dövlət başçısı İlham Əliyevin son dərəcə inamlı qələbəsi ilə başa çatıb. Ölkə tarixində ilk dəfə səsvermənin Qarabağ da daxil olmaqla onun bütün ərazisində keçirilməsi nəticəni əvvəlcədən müəyyənləşdirib. Seçicilərin 92%-dən çoxu Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə nail olmuş Prezidentə səs veriblər”.

Bu barədə Rusiyanın “Nezavisimaya qazeta” nəşrində yer alan məqalədə qeyd olunub.

Bildirilir ki, artıq digər ölkələrdən olan həmkarları İlham Əliyevi qələbə münasibətilə təbrik etməyə başlayıblar. Ekspertlər, müşahidəçilər və seçki komissiyalarının nümayəndələri 76,7 faiz seçici fəallığının son dərəcə yüksək olduğunu və məhz Prezident İlham Əliyevin bu təsirli nəticəyə nail olduunu qeyd ediblər. 

“7 fevral seçkisinin əsas özəlliyi ondan ibarətdir ki, proses Azərbaycan tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində, o cümlədən 44 günlük müharibə nəticəsində dövlətə qaytarılan Qarabağda keçirilib. Həmin ərazilərdə ümumilikdə 26 seçki məntəqəsi yaradılıb. Təsadüfi deyil ki, İlham Əliyev ailəsi ilə birgə Qarabağın Xankəndi şəhərinə gələrək orada 122 saylı seçki dairəsinin 14 saylı yerli seçki məntəqəsində səs verib”, - deyə materialda vurğulanır.Diqqətə çatdırılır ki, prezident seçkisində digər namizədlər olsa da, favorit öncədən bəlli idi.

“Seçki kampaniyası cəmi 22 gün davam etdi və həm yerli sakinlərin, həm də ölkəyə gələn beynəlxalq müşahidəçilərin qeyd etdiyi kimi, son dərəcə sakit keçdi”, - məqalədə qeyd olunur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR