Son Xəbər: Sabah Azərbaycanda 20 dərəcə isti olacaq, İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib, Nazir: Azərbaycan İtaliyada uzunmüddətli investor kimi mövqeyini möhkəmləndirib, İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək, Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb, Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib, Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb, Ukrayna PUA-larla Tatarıstanda neft anbarlarına hücum edib, Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb, Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək,

Azərbaycan xalqı Əliyevə bu cür təşəkkür etdi

Azərbaycan xalqı Əliyevə bu cür təşəkkür etdi

Tarix: 8-02-2024, 11:30

Prezidenti İlham Əliyevin növbədənkənar prezident seçkilərində yenidən dövlət başçısı seçilməsi Azərbaycanın təhlükəsizliyi və sabitliyi baxımından çox önəmlidir.

Bunu AzTV-yə açıqlamasında Türkiyənin keçmiş xarici işlər naziri, bu ölkənin parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, bu seçkilər Cənubi Qafqaz, Azərbaycan-Türkiyə və türk dünyasının gələcəyi baxımından önəmlidir:

“Sadəcə, Azərbaycan üçün deyil, Türk dünyası üçün də seçim oldu. Azərbaycan xalqına və Türkiyə-Azərbaycan əlaqələrinın gələcəyinə görə də xoşbəxtik”.

Mövlud Çavuşoğlu fevralın 7-də baş tutan növbədənkənar prezident seçkilərini Azərbaycan üçün tarixi seçim adlandırıb:

“Çünki 30 ildən sonra Azərbaycanın bütün ərazilərində xalq səs verdi. Azərbaycan xalqı Qarabağ zəfərindən sonra böyük xidmətləri olan İlham Əliyevə müxtəlif vasitələrlə təşəkkürünü ifadə etmişdi, bir də seçki qutusunda səs verərək minnətdarlığını göstərmək istədi”.

Qeyd edək ki, 7 fevral 2024-cü ildə Azərbaycanda baş tutan prezident seçkilərinin ilkin nəticələrinə görə, İlham Əliyev 92,05 faiz səs toplayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR