Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

İlham Əliyevə neçə milyon səs verilib?

İlham Əliyevə neçə milyon səs verilib?

Tarix: 8-02-2024, 11:59

Xəbər verdiyimiz kimi, dünən Azərbaycanda keçirilən növbədənlənar prezident seçkilərinin ilkin nəticələri elan olunub.

Mərkəzi Seçki Komissiyası (MSK) ölkə üzrə seçici fəallığının 76,73 faiz olduğunu, yəni 4.971.032 nəfərin səs verdiyi açıqlayıb. Ümumilikdə ölkə üzrə 6.478.623 seçici var.

Bülletenlərin 93,3 faizinin sayılmasından sonra İlham Əliyev seçicilərin 92,05%-nin, yəni 4.281.625 nəfərin səsini alıb.

Hazırki nəticələrə görə, 2.19 faiz səslə ikinci yerdə Zahid Oruc qərarlaşıb. O, 101.851 nəfərin səsini alıb.

Digər namizədlər Fazil Mustafa 2%, yəni 92.980 səs, Qüdrət Həsənquliyev 1,76%, yəni 81.799 səs, Razi Nurullayev 0,80%, yəni 37.386 səs, Elşad Musayev 0,67%, yəni 31.033 səs, Fuad Əliyev 0,53%, yəni 24.799 səs toplayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR