Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Şahin Mustafayev Qriqoryanla növbəti dəfə nə vaxt görüşəcək?

Şahin Mustafayev Qriqoryanla növbəti dəfə nə vaxt görüşəcək?

Tarix: 10-02-2024, 10:36

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın sonuncu iclasında cari məsələlər müzakirə olunub.

Bu barədə Ermənistan baş nazirinin müavini, komissiyanın Ermənistan tərəfindən nümayəndəsi Mher Qriqoryan yerli mətbuata açıqlamasında deyib.

O bildirib ki, növbəti görüşlə bağlı hələlik razılaşma hələlik yoxdur. Qriqoryan görüşün tezliklə baş tutacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, sonuncu görüş yanvarın 31-də Qazax-İcevan sərhədində baş tutub. Görüşdə Azərbaycan tərəfindən baş nazirin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryan iştirak edib. Görüş üçüncü tərəfin iştirakı olmadan baş tutub.

Xatırladaq ki, sonuncu görüş sayca altıncı olub.  Görüşlərin 4-ü sərhəddə, biri Moskvada, biri Brüsseldə keçrilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR