Son Xəbər: "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik, Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib, Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub, Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb, Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub,

Azərbaycan Cənubi Qafqazda strateji və etibarlı tərəfdaşdır

Azərbaycan Cənubi Qafqazda strateji və etibarlı tərəfdaşdır

Tarix: 12-02-2024, 19:53

Rumıniyanın Prezidenti Klaus Verner İohannis Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, yeni mandatınızda Sizə davamlı uğurlar arzulayıram.

Rumıniya ilə Azərbaycan arasında həm ikitərəfli, həm də regional miqyasda davam edən çoxsaylı layihələr qarşılıqlı münasibətlərimizin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Azərbaycan Rumıniya üçün Cənubi Qafqaz regionunda strateji, yaxın və etibarlı tərəfdaşdır.

Mən bu vəsilə ilə Rumıniyanın strateji tərəfdaşlığımızın möhkəmlənməsinə və dərinləşməsinə sadiqliyini bir daha təsdiqləyirəm. Rumıniya və Azərbaycanın davamlı səylərlə enerji, nəqliyyat, təhsil, ticarət və investisiyalar kimi xüsusi önəm daşıyan sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarından tam yararlanacağına əminəm.

Eyni zamanda, Rumıniya Azərbaycan ilə Avropa İttifaqı arasındakı dialoqun davamlı və hərtərəfli inkişafı üçün fəaliyyətini davam etdirəcəkdir.

Bu fürsətdən istifadə edərək Zati-alinizi ölkələrimiz arasında strateji tərəfdaşlığı dərinləşdirmək məqsədilə bu il Rumıniyaya rəsmi səfərə dəvət edirəm.

Cənab Prezident, xahiş edirəm Sizə dərin ehtiramımı qəbul edin".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR