Son Xəbər: Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib,

Nikolun Putinlə bağlı bu sözləri təlxəklikdir

Nikolun Putinlə bağlı bu sözləri təlxəklikdir

Tarix: 13-02-2024, 08:51


Heç bir dövlətçiliyi və suverenliyi olmayan Ermənistan dövlətinin baş nazirinin belə bir bəyanat verməsi və ölkəsində kiminsə həbsi qərarını vermək səlahiyyətinin olmadığını açıqlaması siyasi təlxəklikdən, ikiüzlülükdən başqa bir şey deyil.

Bu sözləri açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Ermənistan Baş naziri Nikol Paşinyanın “Teleqraf” nəşrinə açıqlamasında Rusiya lideri Vladimir Putinin İrəvana gələrkən həbs olunmayacağına zəmanət verə bilmədiyi haqda açıqlamasını şərh edərkən deyib.

Politoloq Paşinyanın bununla öz sahiblərinə mesaj verdiyini vurğulayıb:

“Dünyada hər kəs hansısa bir ölkədə başqa dövlətin başçısının həbsinin arxasında siyasi hakimiyyətin dayandığını bilir. Çünki söhbət hansısa kriminal zəmində törətdiyi əmələ görə axtarışda olan şəxsdən yox, bir dövlətin başçısından gedir. Nikol Paşinyanın belə açıqlama ilə kimə hansı mesajı verdiyi, yarınmaq istədiyi çox aydındır. Halbuki Ermənistanda Putini həbs edəcək cəsarətə sahib hökumət yoxdur”.

Ekspert vurğulayıb ki, Rusiyanın buna cavabı olacaq.

Qeyd edək ki, 2023-cü il martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Putin və Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova barəsində həbs qərarı çıxarıb.

Ermənistan artıq Roma Statutunu ratifikasiya edib və BCM-in öhdəliklərini yerinə yetirməyə məcburdur(Axar)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR